Məhkumdan əl telefonu götürülüb
1 Oktyabr 2013 17:25 KriminalPenitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında cəza çəkən 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum İsa Telman oğlu Süleymanovun kamerasına baxış keçirilərkən əynində olan idman gödəkçəsinin sağ yan cibindən daxilində "Sim" danışıq kartı olan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb. Həyata keçirilmiş növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında təqsirləndirilən şəxs qismində saxlanılan 1990-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1; 126.2.2 və 126.2.4 maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuş Zahir Tahir oğlu Bayramovun kamerasına baxış keçirilərkən əşyalarının olduğu dolabçanın içərisində daxilində danışıq kartı olmayan 1(bir) ədəd "SHİNO" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb. Faktlar üzrə araşdırmalar aparılır.