Sumqayıtda şirkət qarət edildi, seyf oğurlandı

Sumqayıtda şirkət qarət edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ıln nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də "İnteryer" firmasına məxsus içərisində 7400 dollar pul, ştamp, möhürlər və sənədlər olan seyfi oğurlamış Saray qəsəbə sakini Kamran İsgəndərov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31