Daha bir dəhşətli yol qəzası, 2 ölü, 1 yaralı

Azərbaycanda daha bir dəhşətli yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə sentyabrın 30-da saat 05.10 radələrində Abşeron rayonu Çaylı kəndinin ərazisində baş verib. Göyçay rayon sakini Anar Rəcəbovun idarə etdiyi "VAZ-21099" markalı və Abşeron rayon sakini Eldəniz Behbudovun idarə etdiyi "VAZ-2103" markalı avtomaşınlar toqquşub.  Nəticədə A.Rəcəbovun sərnişinlərindən Göyçay rayon sakini Cahandar Məmmədov hadisə yerində, digər sərnişini, Rusiya Federasiyası vətəndaşı İradə Yaqubi xəstəxanada ölüb, xəsarət almış E.Behbudov isə xəstəxanaya yerləşdirilib.  BDYPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31