Siyəzəndə 4 gün əvvəl itkin düşən şəxsin meyiti kanaldan tapıldı
1 Oktyabr 2013 14:43 Kriminal4 gün əvvəl Siyəzəndə itkin düşən şəxsin meyiti tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə sentyabrın 27-də baş verib. Həmin gün itkin düşmüş Siyəzən rayon sakini Xalıq Ömərovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti sentyabrın 30-da Samur-Abşeron su kanalının Xızı rayonunun Sitalçay kəndinin ərazisindən keçən hissəsində tapılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31