251 məmur barədə cinayət işi başlanıb
1 Oktyabr 2013 14:14 KriminalBu ilin 9 ayı ərzində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "161" saylı "qaynar xətt" xidmətinə 3853 müraciət daxil olub. "OLAYLAR"ın məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov məlumat verib. Baş Prokuror bildirib ki, müraciətlərdən 302-si idarədə araşdırılıb və 21 müraciət üzrə cinayət işi başlanıb: "Cari ilin 9 ayı ərzində idarə tərəfindən rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və korrupsiya ilə bağlı digər faktlar üzrə 251 şəxs barəsində 138 cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Cari ilin ötən dövrü ərzində idarə tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı 31 şəxs cinayət başında yaxalanmaqla barələrində 23 cinayət işi başlanılıb. İstintaq dövründə fiziki və hüquqi şəxslərə vurulmuş 14.0 milyon 500.0 min manat məbləğində ziyanın ödətdirilməsi təmin edilib.
tən d