İsmayıllı hadisələrilə bağlı cinayət işinin istintaqı yekunlaşdı
1 Oktyabr 2013 14:12 KriminalBu ilin yanvar ayında İsmayıllı rayonunda baş vermiş qarşıdurma ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb. "OLAYLAR"ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Zakir Qaralov deyib. Onun sözlərinə görə, İsmayıllı şəhərində xuliqanlıq və sair cinayətlər törətməkdə təqsirləndirilən şəxslər barəsində istintaq olunan cinayət işinin materiallarından iki şəxs barəsində ayrıca icraata ayrılmış cinayət işinin istintaqı tamamlanaraq Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Digər təqsirləndirilən şəxslər barəsində cinayət işi üzrə də istintaq tamalanıb. İş yaxın vaxtlarda aidiyyəti üzrə məhkəməyə göndəriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31