Elşad Abdullayev Azərbaycana ekstradisiya ediləcək

Baş Prokurorluq müvafiq qurumlara müraciət edib

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin ekstradisiyası ilə bağlı işlər davam etdirilir. "OLAYLAR"ın  məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Zakir Qaralov deyib. Onun sözlərinə görə, Elşad Abdullayevin Azərbaycana ekstradisiya edilməsi üçün müvafiq qurumlara müraciət olunub: "Mən əminəm ki, o, Azərbaycana ekstradisiya olunacaq". Bu barədə işlər davam etdirilir.

Qeyd edək ki, E.Abdullayev barəsində Cinayət Məcəlləsinin 137.3 (insan orqanların və ya toxumalarının alqı-satqısı) və 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddələri ilə cinayət işi qaldırılıb. O, istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31