DİN Siyəzəndəki dəhşətli qəza barədə məlumat yaydı
30 Sentyabr 2013 15:06 KriminalDaxili İşlər Nazirliyi Siyəzəndə baş verən dəhşətli qol qəzası barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabrın 29-da saat 14.30 radələrində Siyəzən rayonu Yenikənd kəndinin ərazisində Culfa rayon sakini Etiram Cəfərovun idarə etdiyi "Shacman" markalı və Siyəzən rayon sakini Sahib Orucovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub. Nəticədə S.Orucovun sərnişinlərindən həmyerliləri Xəyalə İsgəndərova, Elnur İsgəndərov və Elmar İsgəndərov hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişini Eldəniz İsgəndərov isə xəstəxanaya yerləşdiriliblər.
BDYPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31