Bakıda kütləvi dava, 2 nəfər bıçaqlandı

Bakıda iki nəfərin bıçaqlanması ilə nəticələnən dava baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə sentyabrın 29-da Suraxanı rayonu Bakıxanov qəsəbəsinin ərazisində baş verib. Qəsəbə ərazisindən Ramana qəsəbə sakinləri İsmayıl Nuriyev və Cavid Tağızadə bıçaq xəsarətləri ilə xəstəxanaya gətiriliblər. Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Ceyhun Nağıyev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31