Bilal Əliyevin bacısı oğlu qəzaya düşdü – 1 ölü, 1 yaralı

Salyan rayonunda xalq artistinin bacısı oğlu ağır yol qəzasına düşüb. "Qafqazinfo"nun məlumatına görə, dünən axşam saatlarında Ələt-Astara magistral yolunun təxminən 70-ci kilometrliyində 21 yaşlı Sabit Əliyevin idarə etdiyi "VAZ-2106" markalı maşınla Bakı istiqamətinə hərəkət edərkən əks istiqamətdən gələn "Daf" markalı yük maşını ilə toqquşub. Yük maşını idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza zamanı "VAZ-2106"nın sürücüsü Sabit Əliyev hadisə yerində keçinib, avtomobildə 20 yaşlı Rza İsmayılov isə ağır yaralanıb.  Qəza zamanı "VAZ-2106" iki hissəyə bölünüb.
Qeyd edək ki, yaralı R.İsmayılov xalq artisti Bilal Əliyevin bacısı oğludur. O, hazırda komadadır. Faktla bağlı araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31