Ər və arvadından inanılmaz cinayət: aptekə silahlı basqın etdilər

Sentyabrın 29-da Xırdalan şəhərində quldurluq hadisəsi baş verib. Lent.az-ın Daxiliİşlər Naizirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aptekə gəlmiş 2 naməlum şəxs orada satıcı işləyən Aynur Abdullayevanı və Sevinc Zeynalovanı bıçaqla hədələyib oradan 950 manat pul aparıblar. Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törəmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Məhəmmədəli Muradov və onun arvadı Nurlana Əsədova tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31