Bakıda mənzildən külli miqdarda qızıl və pul oğurlanıb
30 Sentyabr 2013 13:38 KriminalBakı şəhərinin Suraxanı rayonu ərazisində mənzildən külli miqdarda pul və qızıl oğurlanıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, Əmircan qəsəbəsi, H.Z.Tağıyev küçəsi ev 9, mənzil 19 ünvanından 1965-ci il təvəllüdlü Abbasov Habil Şamil oğluna məxsus 24 min manat, 5 min dollar və xeyli miqdarda qızıl-zinət əşyaları oğurlanıb. Hadisəni törədən şəxs və ya şəxslər hələlik məlum deyil. Əməliyyat tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31