Azərbaycanda avtomobil ağaca çırpılıb, 2 nəfər ölüb - YENİLƏNİB

Xaçmaz rayonu, Qımılqışlaq kənd yolunda "Ford" markalı avtomobilin ağaca çırpılıb yanması nəticəsində 2 nəfər həlak olub.Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, dəhşətli qəza Xaçmaz-Qımılqışlaq kənd yolunun 3-cü km-də qeydə alınıb. Xaçmaz rayonu, Mirzəmmədoba kənd sakini 45 yaşlı Xankişiyev Şakir Balaəhməd oğlunun idarə etdiyi 10 OV 293 dövlət nömrə nişanlı "Ford" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və sərnişini, onun həmkəndlisi 43 yaşlı Ramazanov Siracəddin Ramazan oğlu hadisə yerində dünyasını dəyişib. Qəza nəticəsində güclü yanğın baş verib. Əraziyə FHN-in Xaçmaz DYMH-nin 1 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı alınıb. Hadisə zamanı həlak olan şəxslərin cəsədi Xaçmaz rayon Morqunda müayinə edildikdən sonra aidiyyatı üzrə təhvil verilib.Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31