Qarabağ əlili arvadı və qızının da olduğu evinə od vurdu, sonra pəncərədən tullandı
28 Sentyabr 2013 23:03 KriminalMilli.Az Kanal S-ə istinadən xəbər verir ki, Qax şəhərində əlillərə məxsus iki mərtəbəli binada yanğın hadisəsi baş verib. 60 kvadrat metrlik evin tavan hissəsi və içərisindəki əşyalar yanaraq yararsız hala düşüb. Ev Qarabağ əlili olan Qadaşov Sahib Sabir oğluna məxsusdur.Hadisə zamanı Sahib Qadaşov həyat yoldaşı ilə mübahisə edib və münaqişə zəminində evə benzin tökərək, od vurub. Daha sonra o, həyat yoldaşı və azyaşlı qızını evdə qoyaraq pəncərədən tullanıb. Yanğın zamanı xöşbətlikdən onun həyat yoldaşı və qızı xəsarət almayıb. Belə ki, qadın və uşaq yaxınları tərəfindən xilas edilib. Sahib Qadaşov isə pəncərədən tullanarkən ayağı zədələnib. Daha sonra o saxlanılaraq polis şöbəsinə aparılıb. İzahatı alndıqdan sonra isə o, müayinə üçün xəstəxanya aparılıb.Məlumatlara görə, hadisəni törədən şəxs həmin vaxt içkili olub. Hadisə yerinə iki yanğınsondürən cəlb olunub. Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb.