Azərbaycanlıların yaşadığı yataqxanaya hücum olub
28 Sentyabr 2013 22:27 KriminalMoskvada azərbaycanlıların da yaşadığı miqrant yataqxanasına hücum olub. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, hadisə Rusiya paytaxtının Kapotnya mikrorayonunda baş verib.Məlumata görə, hücum edən dazbaş millətçilərin sayı 200-ə yaxın olub. Hücum edənlər "Biz intiqam alırıq!" qışqıraraq pəncərələrdən yataqxanaya tüstülü şaşkalar atıblar. Nəticədə bir qadın yaralanıb.Faktı Moskva Şəhər Baş Polis İdarəsi də təsdiq edib. Hücum edənlərdən 60 nəfər saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31