Bakıda tikinti şirkətində partlayış: ölən var

Partlayış qarajdakı təkər təmiri sexində olub

Bakının Binəqədi rayonu ərazisində ölümlə nəticələnən partlayış olub.  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin  verdiyi məlumata görə, partlayış Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisindəki "ANT İnşaat" şirkətinin qarajındakı təkər təmiri sexində olub. Orada işləyən Abşeron rayon sakini Vüsal Hüseynovun təmir etdiyi təkər partlayıb. Nəticədə, V.Hüseynov aldığı xəsarətdən ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31