Türməyə şokalad içində telefon keçirmək istədi

Penitensiar xidmətin və 12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1974-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rüstəm Məmmədağa oğlu Kazımova vətəndaş Abayeva Marina tərəfindən göndərilən sovqata baxış keçirilib. Baxış zamanı bağlamada olan "Bisella" şokolad qablarında gizlədilmiş 2 (iki) ədəd "Nokia" markalı mobil telefon aparatları və 1 (bir) ədəd mobil telefon aparatı üçün elektrik qidalandırıcısı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31