Abşeronda dəhşətli qəza, 1 ölü, 3 yaralı
27 Sentyabr 2013 17:39 KriminalAbşeronda dəhşətli yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə sentyabrın 26-da saat 21.30 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsinin ərazisində baş verib. Qəsəbə sakini Səxavət Hüseynov idarə etdiyi "VAZ-2106" markalı avtomaşını yolun kənarındakı maneəyə çırpmış və idarəetməni itirdiyindən yolun kənarında dayanmış həmyerlisi Əmikişi Alişovu vurub. Nəticədə sürücü hadisə yerində ölüb, xəsarət almış sərnişinləri, həmyerliləri Yaqub Babayev, Məqsəd Şirinov, habelə Ə.Alişov xəstəxanaya yerləşdiriliblər.
Abşeron RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31