Bakıda silahla saxlanılan kriminal “Seyid”in evindən də tapança çıxdı

Bakıda qanunsuz silah gəzdirdiyi üçün saxlanılan şəxsin evindən də silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Cinayət-Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarələri və Hacıqabul RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-də qanunsuz silah gəzdirdiyinə görə tutulmuş Mirkamil Həşimovun evinə baxış zamanı 1 ədəd "Makarov" markalı tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Məlumata görə, Mirkamil Həşimov kriminal aləmlə əlaqəli olub və o kriminal aləmdə "Seyid" kimi tanınırmış.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31