Saatlıdakı davada qətl törədən şəxs yaxalandı

İki gün əvvəl Saatlıda vətəndaşlar arasında baş verən qarşıdurma zamanı qətl törədib hadisə yerindən qaçan şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 25-də bıçaqla Sahib Hüseynovu qətlə yetirmiş, Elşən Polıyevi isə yaralayıb hadisə yerindən qaçmış Elxan Əliyev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31