6 tondan artıq narkotik vasitə yandırılıb
27 Sentyabr 2013 15:46 KriminalAğdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2013" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində, rayonun Yuxarı Ləki və Güvəkənd kəndləri ərazisində 0.85 hektar torpaq sahəsindən 5820 ədəd, çəkisi 6 ton 70 kiloqramdan artıq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkarlanıb. "OLAYLAR"-ın Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, 6 tondan artıq çətənə bitkisi yaşıl kütlə şəklində yandırılma üsulu ilə məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31