Bakıda kişi evinə qonaq gəlmiş qadının 46 min dollarını oğurlayıb

Bakıda qadına məxsus külli miqdarda pulu oğurlamış şəxs tutulub. Bakı şəhəri Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, sentyabrın 24-də Gəncə şəhər sakini Gülcamal Hüseynovanın içərisində 46000 ABŞ dolları olan əl çantası onun qonaq gəldiyi Taleh Seyidovun kirayədə yaşadığı Keşlə qəsəbəsindəki evindən oğurlanıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Taleh Seyidov Nizami RPİ 23-cü PB əməkdaşları tərəfindən tutulub.
Faktla əlaqədar araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31