Bakıda bir ürək çilikləndi: sevgi ilə şəfa verirdi, sevdiyi ilə bacarmadı - YENİLƏNİB
27 Sentyabr 2013 12:20 KriminalBakı şəhərində yüzlərlə insana şəfa verən səhiyyə işçisi hissinin qurbanı olub. Milli.Az xəbər verir ki, həyat yoldaşının təzyiqləri onu ömrünü elə cavan yaşında kəsməyə məcbur edib.Xəstəxanalardan birində tibb bacısı işləyən 38 yaşlı Fərəh Musayeva uzun müddətdir ailəsində hökm sürən dava-dalaşa ötən gün son nöqtəni qoyub. Bakıxanov qəsəbəsi, Gənclik küçəsi ev 29 S, mənzil 241 ünvanında yaşayan F.Musayeva əri ilə davadan sonra özünü öldürüb.F.Musayevanın həyat yoldaşı ilə ciddi münaqişələri olurmuş. Belə ailə söz-söhbətlərindən bezən qadın hətta bir dəfə damarlarını da doğrayıb. Bu hadisədən sonra ailə münaqişəsi bir müddət səngisə də, yenidən daha da artıb. Ərinin təzyiqlərindən bezən F.Musayeva ötən gün özünü yaşadığı mənzildə oğlunun turnikindən asıb.İntiharın dəqiq səbəbi isə Sabunçu Rayon Prokurorluğu tərəfindən aparılan istintaqdan sonra bilinəcək. Prokurorluqdan Milli.Az-a bildirildi ki, hazırda qadının özünəqəsd faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaq gedir.Milli.Az tibb bacısının intihar etməsi ilə bağlı məsələni diqqətdə saxlayır, bizi izləməkdə davam edin...