Azərbaycan terrorçuluqda təqsirləndirilən şəxsi beynəlxalq axtarışa verdi

Azərbaycan hüquq-mühafizə orqanları terrorçuluqda təqsirləndirilən şəxs barəsində beynəlxalq axtarış elan edib APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. 
Məlumatda qeyd edilir ki, Bakı şəhər sakini, 49 yaşlı Nadir Şıxzadayev terrorçuluq, əvvəlcədən əlbir olan bir qrup şəxslə cinayət əlaqəsinə girərək qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə və bir sıra digər ağır cinayətlərdə təqsirli bilinir.

Azərbaycanın hüquq-mühafizə orqanları onun barəsində axtarış elan etməklə tutulması üçün İnterpola müraciət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31