Türməyə alt paltarında telefon keçirmək istədi

Penitensiar xidmətin, Bakı İstintaq təcridxanasının və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında 1985-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2; 177.2.4; 185.1 maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılan Nazim Xəlil oğlu Əsgərovun zəruri istintaq hərəkətlərinin keçirilməsindən sonra təcridxanaya qaytarılan zaman üzərinə baxış keçirilib. Baxış zamanı onun əynində olan alt paltarının içində gizlətdiyi 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı və ona məxsus şampun qabının içərisində sellofana bükülərək gizlədilmiş xalis çəkisi 2,161 qram narkotik maddə olan "tiryək" aşkar olunaraq götürülüb. Fakt üzrə araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31