İntihar ARDNŞ-in ibadət otağında olub - RƏSMİ
26 Sentyabr 2013 15:43 KriminalARDNŞ şirkətin baş ofisində intihar edən əməkdaşı barədə rəsmi məlumat yayıb. ARDNŞ-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin Mədəni-Kütləvi Tədbirlər, İstirahətin Təşkili və Təsərrüfat Departamentinin təmir-istismar sahəsinin 11-ci dərəcəli ustası, 1969-cu il təvəllüdlü Seyidov Kamran Nazim oğlu təsərrüfat işləri ilə məşğul olmaq məqsədi ilə şirkətin baş ofisinə gəlib.
Amran Seyidov namaz qılmaq üçün ibadət otağına daxil olaraq naməlum səbəblərdən intihar edib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31