DİN Saatlıda qətllə nəticələnən insident barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Saatlıda sakinlər arasında qətllə nəticələnən qarşıdurma barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə sentyabrın 25-də Saatlı rayonu Xələfli kəndinin ərazisində baş verib. Kənd sakini Elxan Əliyev münaqişə zəminində bıçaqla həmkəndliləri Sahib Hüseynovu qətlə yetirib, Elşən Polıyevə isə xəsarət yetirib hadisə yerindən qaçıb. Saatlı RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31