Bakıda bir ailəni qarət edən 6 nəfərlik cinayətkar dəstənin 1 üzvü tutuldu
26 Sentyabr 2013 15:39 KriminalBakıda bir ailəni döyüb əmlakını əlindən almağa cəhd edən mütəşəkkil dəstənin bir üzvü zərərsizləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə sentyabrın 26-da saat 01.00 radələrində Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində baş verib. Yeni yaşayış sahəsində 6 naməlum şəxs Bakı şəhər sakinləri Əhməd Qaraşovu və Gülnarə Məmmədovanı döyüb Ə.Qaraşovdan "Mercedes" markalı avtomaşının açarlarını, avtomaşında olan 135 manat pulu və şəxsi sənədləri, G.Məmmədovadan isə 2 ədəd mobil telefonunu alıb. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri, Babək rayon sakini Samir Məmmədov tutulub.
Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.