Əməkdar artistin oğlu qəfil öldü
26 Sentyabr 2013 12:03 KriminalSentyabrın 24-də Yasamal rayonu ərazisində 58 yaşlı kişi qəfil ölüb. Lent.az-ın məlumatına görə, K.Kazımzadə küçəsi 115/41 ünvanında yaşayan İsmayıl Tağızadə yaşadığı mənzildə insult keçirib və dünyasını dəyişib. Həkimlər onun beynin işemik insultu diaqnozu qoyub.Lent.az-ın əldə etdiyi məlumata görə, İ.Tağızadə Azərbaycanın əməkdar artisti Süleyman Tağızadənin oğludur.Qeyd edək ki, İ.Tağızadə Bakıda yaşasa da, Rusiya vətəndaşlığına keçibmiş.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31