Məhkumun çibindən telefon çıxdı

Penitensiar xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1991-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1; 180.2.4 maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rövşən Fəxrəddin oğlu Əhmədovun üzərinə baxış keçirilib. Baxış zamanı onun şalvarının cibində daxilində "Sim" danışıq kartı olan 1(bir) ədəd "Samsunq" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb. Fakt üzrə araşdırma aparılır.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31