Xaçmazda 23 yaşlı gənc bıçaqlanıb
25 Sentyabr 2013 16:22 KriminalBu gün gecə saatlarında Xaçmaz Dəmir yolu Stansiyasının yaxınlığında bıçaqlanma faktı baş verib. RTV-nin məlumatına görə, Xaçmaz şəhəri Şorlar küçəsi ev 41 ünvanında yaşayan 23 yaşlı Hacıbəyov Vüqar Mirzəli oğlu bıçaqlanıb. O, yaxınlıqdan keçən insanların köməkliyi ilə Xaçmaz MRX-na gətirilib. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralıya qarnın ön divarının kəsilmiş-deşilmiş yaraları, alkoqol sərxoşluğu diaqnozu qoyulub. Onun vəziyyətinin orta-stabil olduğu bildirilir. Vüqar Hacıbəyovun hansı şəraitdə və kimlər tərəfindən bıçaqlandığı hələlik məlum deyil. Xaçmaz Dəmir Yolu Xətt Polis Şöbəsindən verilən məlumata görə, hazırda hadisəni törədən şəxsin, yaxud şəxslərin müəyyən edilib saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı araşdırma aparılır. ("OLAYLAR"İA)