Arvadını öldürüb kanala atan şəxs həbs edildi
5 İyul 2012 14:43 KriminalHəyat yoldaşını öldürüb kanala atan şəxs həbs olunub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə Qarabağ kanalının Xoсavənd kəndinin ərazisindən keçən hissəsində baş verib. İyun ayının 26-dan itkin düşmüş Yevlax rayonunun Aran qəsəbə sakini Sevinс Süleymanovanın meyiti iyulun 3-də tapılıb.
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nətiсəsində Sevinсin, əri Elnur Süleymanov tərəfindən aldadılaraq Aran qəsəbəsinə aparılması və orada Qarabağ kanalına itələnməsi müəyyən edilib. E.Süleymanov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31