Oqtay Gülalıyevin oğlu bıçaqlanıb

Kür Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin oğlu bıçaqlanıb. Bu barədə APA-ya O. Gülalıyev özü məlumat verib. O Gülaliyev qeyd edib ki,  hadisə sentyabrın 22-si axşam saatlarında 194 saylı məktəbin yaxınlığında qeydə alınıb. O, Əli Gülalıyevin 4 nəfər naməlum şəxs tərəfindən döyülərək bıçaqlandığını deyib. O. Gülalıyevin sözlərinə görə, oğluna ev şəraitində tibbi yardım göstərilib, bir gün sonra yarasında qanaxma olduğu üçün ötən gün xəstəxanada əməliyyat olunub. Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin təhqiqatçısı Şükür Həsənovun APA-ya verdiyi məlumata görə, faktla bağlı hələlik saxlanılan yoxdur.

Hazırda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31