Bakıda bir həftə əvvəl piyadanı vurub qaçan sürücü ələ keçdi
24 Sentyabr 2013 15:14 KriminalBakıda piyadanı vurub hadisə yerindən qaçan sürücü yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də Nəzir Kazımovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin "VAZ-2107" markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini Elçin Səfərov tərəfindən törədilməsi müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31