Şəkidə narkoplantasiya aşkarlandı, 2,5 ton narkotika tutuldu

Şəkidə daha bir narkotika plantasiyası aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Şəki ŞRPŞ əməkdaşları tərəfindən Aşağı Kəldək kəndi ərazisində 1 hektar sahədə yabanı halda bitmiş, çəkisi 2 ton 500 kiloqram olan 12500 ədəd çətənə kolu yığılaraq məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31