Şəmkirdə qonşusundan narkotika oğurlayan şəxs yaxalandı
24 Sentyabr 2013 15:12 KriminalŞəmkirdə qəribə cinayət faktı aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Düzqışlaq kənd sakini Hüseyn Bayramovdan 18,9 qram marixuana götürülüb. H.Bayramovun evinə baxış zamanı isə əlavə 1 kiloqram 450 qram marixuana aşkar edilərək götürülüb.
H.Bayramovun narkotik vasitəni qonşusu Eynəddin Əmiraslanovun həyətindən oğurlaması müəyyən edilib. E.Əmiraslanovun evinə baxış zamanı 180 qram marixuana aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31