Bakıda dəhşət, ev yandı, sahibinin meyiti tapıldı

Bakıda ev sahibi evində diri-diri yanıb ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə sentyabrın 23-də saat 15.00 radələrində Yasamal rayonu R.Tağıyev küçəsi ev 86-da yaşayan Kifayət Mütəllimovaya məxsus 1 mərtəbəli 2 otaqlı fərdi evdə baş verib. Nəticədə 2 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra isə K.Mütəllimovanın tüstüdən boğulmuş meyiti tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31