Türməyə “Slavyanka”da araq keçirmək istədi
24 Sentyabr 2013 12:55 KriminalPenitensiar Xidmət və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında 1961-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Bayram Oruc oğlu Paşayevə vətəndaş Şahniyar Xamməd qızı Məmmədovanın gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı sovqatın içərisində 1(bir) ədəd 0,5 litr həcmdə "Slavyanka" etiketli plastik qabda tündlüyü 10,5 faiz olan alkoqollu içki aşkar olunaraq götürülüb. Fakt üzrə araşdırma aparılır.