Maştağa sakini qohumunu öldürüb qaçdı
24 Sentyabr 2013 11:19 KriminalBakıda iki qohum arasında mübahisə qətllə nəticələnib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə sentyabrın 23-də Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini Əli Xudabaxşıyev münaqişə zəminində bıçaqla qohumu Vüqar Baxşəliyevi qətlə yetirib hadisə yerindən qaçıb. Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31