Bir neçə polis əməkdaşı işdən qovuldu

  Yunanıstanın DİN-yi polislərin neonasistlərlə əlaqələrinin olması ilə bağlı mediada yayılan məlumatları araşdırmağa başlayıb.ANS PRESS-in "Ria-Novosti"-yə istinadən verdiyi xəbərə görə, artıq bununla bağlı Cənubi Yunanıstan polis idarəsinin rəisi Yannis Dikopulos və Mərkəzi Yunanıstan polis idarəsinin rəisi Apostolos Kaskanis vəzifələrindən istefa veriblər. Bir neçə yüksək rütbəli polis əməkdaşı isə başqa vəzifələrə keçiriliblər. Onlar arasında nazirliyin xüsusi təhlükəsizlik xidmətinin rəisi olan bir general-mayor, terrorçuluğa qarşı xüsusi şöbənin rəisi və bir neçə yüksək rütbəli polis zabitləri də var.Bununla bağlı Yunanıstan DİN-nin yaydığı bəyanatda bildirilir ki, nazir Nikosa Dendiasanın müvafiq əmri əsasında, DİN daxili araşdırmalarının xidmətinin direktoru, polis generalı Nikolaos Papayannopulos polis əməkdaşlarının "Xalq ittifaqı" neofaşist partiyası ilə birbaşa əlaqələrinin olub-olmamasını araşdıracaq.Bundan başqa, "DELTA" xüsusi təyinatlı qrupun komandiri və Kerasin şəhər Polis bölməsinin bir tağım komandiri də iş yerlərini dəyişiblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31