Baba nəvəsini zorladı
Babaya qarşı 23 il həbs cəzası tələbi ilə cinayət işi açılıb
23 Sentyabr 2013 19:56 KriminalTürkiyənin Diyarbəkır şəhərində baba 13 yaşlı nəvəsinə təcavüz edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qızın anasının şikayəti əsasında babaya cinayət işi açılıb. Hadisə əlaqədar araşdırma aparan prokurorluq, hazırladığı iddianamədə babanın " Zərər çəkmişin bədən və ruh sağlamlığını pozacaq şəkildə cinsi istismara məruz qaldığı" iddiası ilə 23 ilə qədər azadlıqdan məhrum edilməsi istənildi.
Prokurorluğun iddianaməsində bildirilir ki, qızın atasının cəzaçəkmə müəssisəsində olduğuna görə, bəzən babasının yanında qalırdı. Bu zaman babasının hərəkətləri əvvəlcə baba-nəvə nəvazişi kimi gəlirdi. Amma əməlin pis bir şey olduğunu başa düşəndən sonra qzı dərman içib özünü öldürmək istəyib. Anası 13 yaşlı qızından niyə intahara cəhd etdiyini soruşsa da, qız sualın cavabını psixoloqla söhbətində danışıb. Müayinədən keçən qızın cinsi istismara məruz qaldığına görə, əsəblərinin pozulması və depresiyaya düşməsi təsdiq edildi.
13 yaşlı nəvəsinə təcavüz etməsi ilə ittiham edilən baba: "Gəlinim evə gec gəlirdi. Ona xəbərdarlıq etdim və belə davam etsə oğluma deyəcəyimi dedim. Ona görə, indi üstümə şər atır. Bundan başqa mən evdə tək yaşamıram. Qızım və 4 oğlumla qalıram "-, deyə bildirib.
Babanın vəkilləri qızın intihar etməsi haqqında xəstəxanadan sənəd gətirilməsini tələb etdiyinə görə, məhkəmə işinə fasilə verilib.