Azərbaycanda 100 ailənin pulunu mənimsəyən ər-arvad 19 il cəza aldı
23 Sentyabr 2013 18:37 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda onlarla vətəndaşı aldadaraq pulunu mənimsəyən Elxan Həsənov və həyat yoldaşı Gülnarə Həsənovanın məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə Elxan Həsənov 11, Gülnarə Həsənova isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin onların əmlakına da həbs qoyub.
İttihama görə, ərlə arvad işlətdikləri lombard vasitəsilə 100-ə qədər vətəndaşın milyona yaxın pulunu mənimsəyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31