Qadının törətdiyi iyrənc əməlin üstü açıldı
O, gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməkdə ittiham olunur
23 Sentyabr 2013 17:21 KriminalGəncə şəhər sakini qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sentyabrın 22-də Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini İradə Quliyeva saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, İ.Quliyeva gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməkdə ittiham olunur.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31