Şirkət gözətçisinin meyiti tapıldı
23 Sentyabr 2013 16:07 KriminalQusarda şirkət gözətçisinin meyiti tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə sentyabrın 20-də Qusar rayonu Zindan-Muruq kəndinin ərazisində baş verib. "Aqrolayn" MMC-nin balıqçılıq təsərrüfatında, orada gözətçi işləyən Zabit Şəkərov ehtiyatsızlığı nəticəsində su arxına düşərək boğulub. Sentyabrın 21-də onun meyiti sudan çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31