Azərbaycanda daha bir silahlı şəxs yaxalandı

Azərbaycanda daha bir silahlı şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Cinayət-Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarələri və Hacıqabul RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayon sakini Mirkamil Həşimovdan 1 ədəd "Makarov" markalı tapança, 5 ədəd tapança patronu və 1 ədəd patron darağı götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31