Bakı-Şamaxı yolunda dəhşətli qəza

İki maşın toqquşdu, 4 nəfər həlak oldu

Azərbaycanda dəhşətli yol qəzasında 4 nəfər həlak olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Bakı-Şamaxı yolunun 61-ci kilometrliyində, Qobustan rayonu ərazisində baş verib. "Mercedes" və "VAZ-21015" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb. "VAZ-21015" markalı avtomobilin sürücüsünün sıxılmış vəziyyətdə qalmış meyiti xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə edilməklə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31