Şəmkirdə 20 yaşlı gənc özünü binanın 5-ci mərtəbəsindən atıb
23 Sentyabr 2013 12:33 KriminalŞəmkir rayonunun Kür qəsəbəsində intihar hadisəsi baş verib. Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Şəmkir rayonunun Kür qəsəbəsi sakini 20 yaşlı Eşqin Ələkbərov yaşadığı binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31