Bakıda tikinti şirkəti yandı

Bakıda tikinti şirkətində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Vətəndaşa məxsus "İNŞAAT SERVİS"  ASC-nin ərazisində ümumi sahəsi 90 kv.m olan talvarın yanar konstruksiyaları 20 kvadratmetr sahədə və altına yığılmış 5 kub taxta materialları yanıb. Yanğından talvarın və taxta materiallrın  qalan  hissəsi  mühafizə  olunub. Yanğın saat 21:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31