Bakıda kriminal avtoritet xəstəxanada öldü
23 Sentyabr 2013 11:39 KriminalSentyabrın 22-də Bakıda yerləşən cəzaçəkmə 14 saylı cəzaçəkmə müəssisəsində "Makedon" ləqəbi ilə tanına kriminal avtoritet Natiq Məmmədovun ölümü haqqında məlumat yaranıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələr) ilə məhkum edilmiş 1971-ci il təvəllüdlü N.Məmmədovun vəziyyəti pisləşdiyi üçün o, Xətai rayonu ərazisindəki 2 saylı xəstəxanaya gətirilib. Burada həkimlər N.Məmmədovun böyrəklərini dializ ediblər. Lakin tibbi müdaxilələrə baxmayaraq məhbusun həyatını xilas etmək mümkün olmayıb.
Ölüm faktı ilə balı araşdırmalar aparılır, ekspertiza təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31