“Nikoylbank”dan yarım milyon manat mənimsəyən şəxsin şikayəti rədd edildi

Şirvan Apelyasiya Məhkəməsində bankdan yatım milyon manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilən Lənkəran şəhər sakini Qəhrəman Hüseynovun məhkəməsi başa çatıb. "OLAYLAR"ın məlumatına görə, hakim Qəzənfər Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Q.Hüseynov 2008-ci ilin sentyabr ayından 2010-cu ilin fevral ayınadək olan müddət ərzində "Nikoyl - İKB" ASC-nin Lənkəran rayon filialının kənd özəl məsləhətçisi kimi fəaliyyət göstərdiyi dövrdə cəmiyyətə məxsus 475 min 334 manat 89 qəpik məbləğində pul vəsaitini mənimsəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31